İspaniyaDünya futbolu

Ançelotti bunu bacaran ilk məşqçi oldu

“Real” “Atalanta”nı məğlub edərək 2024 UEFA Super Kubokunu qazanıb.

Aut.az xəbər verir ki, Varşavada keçirilən görüş 2:0 hesabı ilə madridlilərin xeyrinə başa çatıb.

Madrid klubunun baş məşqçisi Karlo Ançelotti karyerasında 5-ci dəfə bu titulu qazanaraq UEFA Superkuboku tarixində ən çox mükafat alan məşqçi olub.

Bu günə kimi 65 yaşlı italyan liderliyi Pep Qvardiola ilə bölüşürdü.

Ançelotti “Milan”la 2 dəfə (2003, 2007), “Real”la isə 3 dəfə (2014, 2022, 2024) UEFA Superkubokunu qazanıb.

Aut.az