Dünya futbolu

Məşhur hakim rusları pərt etdi: Əvvəlcə söz verdi, sonra…

Məşhur italiyalı referi Daniele Orsato Rusiya Futbol İttifaqının (RFU) ekspert hakimlər komissiyasında işləməkdən imtina edib.

Aut.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Onların məlumatına görə, Orsato əvvəlcə RFU-nun hakimlər departamentinin rəhbəri Milorad Maziçlə dostluq münasibətlərinə görə bu işə razılaşıb. Bundan sonra onlar 48 yaşlı italiyalı ilə müqavilə imzaladığını rəsmən elan etməyə tələsiblər.

Ancaq bundan sonra Orsato fikrini dəyişib və bir neçə saat sonra RFU-da işləməkdən imtina etdiyini bildirib.

Aut.az