Dünya futbolu

Qadını tənqid edərsən, belə cəza alarsan

Kiyev “Dinamo”sunun hücumçusu Vladislav Vanat Premyer Liqa oyunlarından birində hakim Yekaterina Monzulu tənqid etdiyi üçün beş oyun diskvalifikasiya olunub.

Aut.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Futbol Assosiasiyasının (UAF) mətbuat xidməti yayıb.

21 yaşlı futbolçunun diskvalifikasiyası ilə bağlı qərar qurumun nəzarət və nizam-intizam komitəsinin iclasından sonra verilib. Hadisə isə kiyevlilərin “İnqulets”lə oyununda baş verib. Həmin matçdan sonra Vanat bunları deyib:

“Mən heç bir yüksək səviyyəli çempionatda görməmişəm ki, qadınlar kişilərin oyunlarını belə idarə etsinlər. Bizdə isə belə hala tez-tez rast gəlinir. Özü də nədənsə “Dinamo”nun oyunlarında da çox rast gəlirik”.

Aut.az