Dünya futbolu

Təsdiqlədi: qışda gedir

Suares bu qış “Qremio”dan ayrılacağını təsdiqləyib.

Daha əvvəl bildirilirdi ki, uruqvaylı yayda “İnter Mayami”yə keçə bilər, lakin bu plan Braziliyada mövsümün sonuna qədər baş tutmayacaq.

“İki il klubda qalmağı planlaşdırırdım. Bu planı yerinə yetirmək üçün güc hiss edirdim. Ancaq özünüzə, vücudunuza və kluba qarşı dürüst olmalısınız. Gələn mövsüm artıq “Qremio”da məndən gözlənilən səviyyəni verə bilməyəcəm. Braziliya futbolu iş yükü baxımından çox tələbkardır”, – deyə “Relevo” Suaresdən sitat gətirib.

Aut.az