“Real”ın futbolçusu UEFA Superkubokunun tarixinə düşdü
“Real”ın müdafiəçisi Daniel Karvaxal UEFA Superkubokunda ən çox oyun keçirmə rekorduna sahib çıxıb.
Aut.az xəbər verir ki, “Atalanta” ilə qarşılaşmada ilk dəqiqələrdən meydana daxil olan 32 yaşlı ispaniyalı tarixdə bu titul uğrunda 6 matçda iştirak edən ilk futbolçu olub.
Karvaxal eyni zamanda 5 dəfə (2014, 2016, 2017, 2022, 2024) UEFA Superkubokunun qalibi olub.
Qeyd edək ki, “Real” “Atalanta”ya 2:0 hesabı ilə qalib gələrək mükafata sahib çıxıb.
