Çempionlar Liqası

Het-trik etdi, “İnter”in tarixinə düşdü

“İnter”in hücumçusu və kapitanı Lautaro Martinez Çempionlar Liqasında klubun tarixində ən çox qol vuran futbolçu olub.

Aut.az xəbər verir ki, o, “Monako” ilə görüşdə (3:0) het-trik edib. Argentinalı forvardın “neradzurri”nin forması ilə turnirdəki qollarının sayı 17-yə çatıb. Bununla klub rekordçusu olub. Əvvəlki rekord braziliyalı Adrianoya məxsus idi – 14 qol.

Həmçinin, dünənki het-trik sayəsində Lautaro “İnter” tarixinin bütün yarışlarda ən yaxşı bombardirləri siyahısında 5-ci pilləyə yüksəlib. İndi onun 312 matçda 144 qolu var. “İnter”in heyətində Cüzeppe Meatsa (284), Alessandro Altobelli (209), Roberto Boninsenya (173) və Sandro Matsola (162) daha çox qol vurub.

Heybət