Mbappeni fitə basdılar
Kilian Mbappe “Santyaqo Bernabeu”da keçirilən “Arsenal”la oyunda fitə basılıb.
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Arsenal”a məğlub olan “Real Madrid” (1:2, ümumi hesab 1:5) turnirlə vidalaşıb.
Kilian Mbappe 75-ci dəqiqədə topuğundan zədələnərək Brahim Diazla əvəzlənib. Fransız futbolçunun əvəzlənməsi elan edilən zaman “Bernabeu”da azarkeşlər onu fitə basıblar.
Mbappe bütün yarışlarda keçirdiyi son beş matçda qol vura bilməyib. “Real Madrid”in forvardı Çempionlar Liqasının 1/8 və 1/4 finallarında da heç nə ilə yadda qalmayıb.
Aut.az
