İngiltərəİspaniya

Ulduz futbolçu Madriddə görüntüləndi: Transfer şayiələri doğrudur? – FOTOLAR

“Çelsi”nin yarımmüdafiəçisi Enso Fernandes Madriddə görüntülənib.

Aut.az xəbər verir ki, bu, onun bir neçə həftə əvvəl həmin şəhərdə yaşamaq istədiyini deməsindən sonra baş verib. Həmin sözlərdən sonra onun “Real”a mümkün keçidi ilə bağlı şayiələri artıb.

Argentinalı futbolçu İspaniyaya səfər edərək “Madrid Open” tennis turnirini izləyib. O, həmçinin komanda yoldaşları Mark Kukurelya və Joao Pedro ilə birlikdə şəhərdə görünüb.

Bundan cəmi bir gün əvvəl Fernandes İngiltərə Kubokunun yarımfinalında “Lids”ə qarşı oyunda (1:0) qələbə qolunu vuraraq “Çelsi”nin finala yüksəlməsinə kömək edib və matçın ən yaxşı oyunçusu seçilib.

Aut.az

Ulduz futbolçu Madriddə görüntüləndi: Transfer şayiələri doğrudur? - FOTOLAR

Ulduz futbolçu Madriddə görüntüləndi: Transfer şayiələri doğrudur? - FOTOLAR