“Real” 15-ci dəfə Çempionlar Liqasının qalibi oldu
Bu gün UEFA Çempionlar Liqasında 2023/24-cü illər mövsümünün qalibi bəlli olub.
Aut.az xəbər verir ki, final matçında İspaniyanın “Real” və Almaniyanın “Borussiya” (Dortmund) klubları üz-üzə gəlib. İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçirilən matç Madrid klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Los Blankos”a qələbə gətirən qolları Dani Karvaxal və Vinisius Junior vurub.
Qeyd edək ki, “Real” bu turnirin ən titullu klubudur. Madridlilər ümumilikdə 15 dəfə ÇL-in kubokunu başları üzərinə qaldırıblar. Dortmund klubu isə yalnız bir dəfə – 1996-1997 mövsümündə yarışın qalibi olmuşdu.
UEFA Çempionlar Liqası, Final
Borussiya Dortmund – Real 0:2
Qollar: Dani Karvahal, 74; Vinisius Junior, 83.
Aut.az
