UEFA ÇL-in püşkatma formatını da dəyişir: Belə olacaq
UEFA gələn mövsümdən Çempionlar Liqasının püşkatma mərasimini avtomatlaşdıracaq.
Aut.az xəbər verir ki, “Sky Sports”un məlumatına görə, komandaları təyin etmək üçün kompüterlərdən istifadə olunacaq, çünki turnirin formatının dəyişdirilməsindən sonra şarları ilə götürmək uzun vaxt aparacaq.
Əgər Çempionlar Liqasının formatı dəyişdirildikdən sonra adi şarların qablardan çəkilməsi variantı saxlanılsaydı, püşkatma üçün təxminən 900 şar lazım olacaq, prosesin özü isə 3-4 saat çəkərdi.
Növbəti mövsümdən püşkatma hibrid formatda keçiriləcək – bəzi klublar əl ilə seçiləcək, bundan sonra xüsusi proqramla rəqiblər müəyyənləşəcək.
UEFA indi prosedurun təmizliyini təsdiqləmək üçün mərasimin avtomatlaşdırılmış hissəsinin müstəqil ekspertlər tərəfindən sınaqdan keçirməlidir.
Xatırladaq ki, yeni formata görə Çempionlar Liqasının əsas mərhələsində (keçmiş qrup mərhələsi) 36 komanda iştirak edəcək və hər klub 8 fərqli komandaya qarşı 8 oyun keçirəcək – dördü öz meydanında, dördü isə səfərdə.
Aut.az
