İsrail bombaladı, “Xan Yunisin əfsanəsi” öldü
Fələstinli futbolçu Məhəmməd Barakat martın 11-də Qəzza zolağında öldürülüb.
Aut.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
39 yaşlı futbolçunun Xan Yunisdəki evi İsrail tərəfindən bombalanıb.
Karyerasında 114 qol vuran və “Xan Yunisin əfsanəsi” kimi tanınan Barakat Fələstin millisində 3 oyun keçirib.
O, yerli liqada “Əhli Qaza” komandasında çıxış edib.
Aut.az
