Yenə də məhkəmə qarşısına çıxır: Görün nədə ittiham olunur?
Zorlama ittihamı ilə 4,5 il həbs cəzasına məhkum edilən Braziliya millisinin keçmiş müdafiəçisi Dani Alves müəllif hüquqlarının pozulması ilə bağlı növbəti dəfə məhkəmə qarşısına çıxacaq.
Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Mənbənin sözlərinə görə, 2020-ci ildə Alves koronavirus pandemiyası ilə bağlı dezinformasiyaya qarşı mübarizəyə yönəlmiş layihədə iştirak edərkən “Avião” adlı mahnı dərc etdirib.
Mahnının müəllifləri arasında bir neçə tanınmış sənətçi var, lakin iki braziliyalı bəstəkar Giuliano Matheus və Thiago Matheus, Alvesin onların adlarını mahnının yaradıcıları siyahısından çıxardığını iddia edir.
“Dani Alveş saxtakarlıqla əsl yaradıcıların adlarını istisna etdi. Başqa sözlə, saxta müəlliflik əsəri BMT-nin saxta məlumatlara qarşı kampaniyasında istifadə edilib”, – mənbə Latın Amerikalı ifaçıların bəyanatından sitat gətirib.
Alveşin tezliklə Braziliya məhkəməsi qarşısına çıxacağı, lakin videobağlantı vasitəsilə ifadə verəcəyi vurğulanır.
Aut.az
