“Mançester Siti” və “Liverpul”un futbolçuları Azərbaycanla oyun üçün Bakıya gəlir
İngiltərənin U-21 millisinin Avropa çempionatının seçmə mərhələsində Azərbaycan və Lüksemburqla oyunlar üçün heyəti açıqlanıb.
Aut.az xəbər verir ki, heyətdə “Mançester Siti”, “Liverpul”, “Çelsi”, “Mançester Yunayted” kimi komandaların futblçuları yer alıb.
İngiltərə millisi martın 22-də Azərbaycan yığmasının qonağı olacaq. Matç “Azərsun Arena”da keçiriləcək.
Qapıçılar: Mettyu Kox (“Bristol Rovers”), Sem Tikl (“Viqan”), Ceyms Trefford (“Bernli”).
Müdafiəçilər: Çarli Kressuell (“Lids”), Kallum Doyl (“Lester”), Teylor Harvud-Bellis (“Sauthempton”), Riko Lyuis (“Mançester Siti”), Teden Menqi (“Lyuton”), Jarell Kuansa (“Liverpul”), Bruk Norton-Kaffi (“Milluoll”), Natan Vud (“Suonsi”).
Yarımmüdafiəçilər: Karni Çukvuemeka (“Çelsi”), Hervi Elliott (“Liverpul”), Kobbi Mayno (“Mançester Yunayted”), Ceyms Makati (“Şeffild Yunayted”), Tayler Morton (“Hall Siti”), Arçi Qrey (“Lids”), Aleks Skott (“Bornmut”).
Hücumçular: Ceymi Binoe-Gittens (“Borussiya”, Dortmund), Cey Stansfild (“Birmingem”), Sem İlinq-Junior (“Yuventus”), Noni Madueke (“Çelsi”), Caden Filoqene (“Hall Siti”), Morqan Rojer (“Aston Villa”).
