Dünya futbolu

Məşhur klubun futbolçusuna hücum edildi: Çoxsaylı sınıqları var

Avstriyanın “Austriya” klubunun gənc hücumçusu Muharem Huskoviç şəhər mərkəzində hücumun qurbanı olub.

Aut.az xəbər verir ki, hadisə axşam saatlarında 21 yaşlı oyunçu Vyanadakı bankomatlardan birindən pul çıxararkən baş verib. Bir nəfər ona qəfil hücum edib.

Hücum edən şəxs avstriyalı Muharemin üzünə bir neçə zərbə endirib. Daha sonra o, qanlar içində olan Huskoviçi küçədə qoyaraq hadisə yerindən qaçıb. Hadisə nəticəsində paytaxt komandasının oyunçusu çoxsaylı sınıqlar alıb. Xüsusilə də burnu bir neçə yerdən zədələnib.

Dəfələrlə Avstriya çempionu olan futbolçu xəstəxanaya aparılıb. Bu barədə xəbərləri onun klubu da təsdiqləyib. Üzündəki ciddi xəsarətlərə baxmayaraq, həkimlər cərrahiyyə əməliyyatına ehtiyac olmayacağına qərar veriblər.

Aut.az