İngiltərəAlmaniyaDünya futbolu

Ekitikenin “Liverpul”a transferindən PSJ bu qədər qazananacaq

PSJ klubu hücumçu Uqo Ekitikenin “Liverpul”a transferindən 12,5 milyon avro gəlir əldə edəcək.

Aut.az xəbər verir ki, bu barədə Fransanın “Le Parisien” nəşri məlumat yayıb.

2022-ci ildə Ekitike “Reyms”dən 29 milyon avroya PSJ-yə transfer olunmuşdu. Lakin o, Neymar, Kilian Mbappe və Lionel Messi ilə rəqabətə görə baş məşqçi Kristof Qaltyenin dövründə əsas heyətdə yerini möhkəmlədə bilmədi. PSJ-də keçirdiyi 33 matçda 4 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qaldı.

2024-cü ilin qış transfer pəncərəsində Ekitike 16,5 milyon avro satınalma şərti və satışdan 20% payla Almaniyanın “Ayntraxt” klubuna icarəyə verilmişdi. İndi isə futbolçunun “Liverpul”a 79 milyon avroya keçidi reallaşıb və bu transferdən əldə olunan 62,5 milyon avro mənfəətin 20%-i (yəni 12,5 milyon avro) PSJ-yə çatacaq.

Aut.az