Qvardiola mərc etdi: Ona heykəl qoyulacaq
Pep Qvardiola Kevin De Bruynenin “Siti”dən ayrılmaq qərarına rekaisya verib.
Aut.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi bu gün mövsümün sonunda İngiltərə klubunu tərk edəcəyini açıqlayıb . O, qərarı ilə bağlı açıqlama verib : “Hər hekayə bitir, amma bu ən yaxşı fəsil idi, biz hər şeyi qazandıq. Bu yer həmişə bizim evimiz olacaq”.
– Qulaq asın, o, hamımızdan əvvəl burada idi, burada ən yaşlıdır! O, mən gələnə qədər, Con Stones gəlməmiş, İlkay Gündoğan gəlməmiş burada idi. O, ən yaşlıdır!
– Onun ayrılıq xəbəri sizi təəccübləndirdi?
– Bilirdim…
– Nə vaxt bildiniz?
– Bir neçə gün əvvəl… Səhər oyanıb “Kevin müqaviləni yeniləyəcək, ya da Kevin müqaviləsini yeniləməyəcək” demədim. Məsələ bunda deyil.
– Bəs onun gələcəyini müzakirə etmisiniz?
– Bəli.
– Paylaşa bilərsiniz?
– Xeyr. Kevin xüsusi insandır, xüsusi oyunçudur. Xüsusi insana və xüsusi oyunçuya xüsusi münasibət göstərmək lazımdır və təbii ki, bu haqda danışdıq. Bütün on il! Bilirsən neçə oyun oynamışıq bir yerdə?! Neçə görüşlər, məşqlər, yaxşı-pis anlar, qucaqlaşmalar, qışqırıqlar.
O, həftə sonları, milli komandaların oyunları ilə bağlı fasilələr, bayramlar istisna olmaqla, bütün bu onilliyə cəlb olunub. Hər gün birlikdə idik! Və indi hər şeyin bitəcəyini düşünmək… Oh…
– De Bruynenin “Etihad” stadionunun qarşısında heykəli olacaq?
– Bilmirəm. Ancaq bunun baş verəcəyinə çox pul qoymağa hazıram! Tam olaraq! Bilməsəm də… Amma o, əlbəttə ki, buna layiqdir – “Mançester Siti”nin baş məşqçisi Qvardiola deyib.
Aut.az
