“Real” və “Barselona” onun üçün yarışacaq
“Real” və “Barselona” bir futbolçu uğrunda yarışmağa hazırlaşırlar.
Aut.az xəbər verir ki, söhbət “Arsenal”ın braziliyalı hücumçusu Qabriel Jesusdan gedir. Bu barədə AS məlumat yayıb.
La Liqa nəhəngləri 26 yaşlı futbolçunu 2022-ci ilin yayında heyətinə qatmaq istəsələr də, “topçular”oyunçu uğrunda mübarizədən qalib ayrılıb. O vaxtdan bəri Qabriel dünyanın ən yaxşı hücumçularından birinə çevrilib və onun transfer dəyəri 65 milyon avrodan 75 milyon avroya yüksəlib.
“Real” və “Barselona” onu izləməkdə davam edirlər. Fürsət düşən kimi, onu heyətlərinə qatmağa çalışacaqlar. Böyük ehtimalla bu, gələn ilin yayında olacaq.
Bu mövsüm Qabriel Jezus “Arsenal”ın heyətində 11 oyun keçirib. Onun aktivində 4 qol və 1 asist var.
Aut.az
