Hələ belə müsibət olmamışdı
“Milan” Çempionlar Liqasının 3-cü turu çərçivəsində səfərdə PSJ-yə 0:3 hesabı ilə uduzub.
Aut.az xəbər verir ki, bu məğlubiyyət nəticəsində “Milan” İtaliya klubları arasında ÇL-də yeni antirekord müəyyən edib. “Qırmızı-qaralar” turnirin ardıcıl beş oyununda qol vura bilməməklə bunu reallaşdırıb.
Cari Çempionlar Liqasının ilk iki turunda “Milan” “Nyukasl” və Dortmund “Borussiya”sı ilə qolsuz bərabərə qalıb. Ötən mövsüm isə “rossoneri” yarımfinalda “İnter”ə iki dəfə uduzub – 0:2 və 0:1.
Həmçinin dünən “Milan” avrokuboklar tarixində ilk dəfə meydançaya start heyətində bir dənə də italyan oyunçusu olmadan çıxıb.
Aut.az
