Əyləncəli idi – “Qızıl top”un sahibi
İngiltərə millisinin sabiq hücumçusu və “Qızıl top”un sahibi Maykl Ouen Çempionlar Liqasının yarımfinal mərhələsinin “Real” – “Mançester Siti” (1:1) oyunu ilə bağlı təəssüratlarını bölüşüb.
“Şəhərlilər” bu nəticədən məmnundur. Birinci hissədə üstün idilər, amma qol buraxdılar. İkinci hissədə “Real” daha yaxşı idi, ancaq qolu “Siti” vurdu. Bu, əyləncəli oyun idi”, – deyə UEFA-nın mətbuat xidməti Ouendən sitat gətirib.
Maykl bir il “Real”da oynayıb. Bu, 2004/2005 mövsümünə təsadüf edib. İgilis futbolçu bütün yarışlarda 45 matçda iştirak edib, 16 qol vurub, 4 qol ötürməsi edib.
Aut.az
