Rus azarkeşlər tribunadan qovuldu
Qətərdə keçirilən cüdo üzrə dünya çempionatında “Georgi lenti” taxdığına görə azarkeşi tribunadan qovublar.
Aut.az xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyası məlumat verib.
“Azarkeşlərdən lenti çıxarmaq tələb edilib. Lakin onlar buna məhəl qoymayıblar. Belə olduğu halda onları arenadan kənarlaşdırmaq məcburiyyətində qaldıq. Həmin azarkeşlərin bir daha arenaya daxil olmasına icazə verilməyəcək”, – deyə beynəlxalq qurumun nümayəndəsi bildirib.
Xatırladaq ki, cüdo üzrə dünya çempionatı Qətərdə keçirilir. Bu yarışlarda Rusiya idmançıları neytral statusda çıxış edirlər. Azarkeşlər də elə Rusiyadan olublar.
