Cüdo

Azərbaycan Asiya kubokunda 4 cüdoçu ilə təmsil olunacaq

İyulun 3-4-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək yeniyetmələr arasında Asiya kubokunda Azərbaycanı dörd cüdoçu təmsil edəcək.

Aut.az xəbər verir ki, Qızlardan Fatimə Abdullayeva (44 kq), Könül Eyvazlı (52 kq), oğlanlardan Nicat Şıxızadə (60 kq) və İlkin Qarayev (66 kq) tatamiyə çıxacaqlar.

Onlar ACF prezidentinin müşaviri Natiq Bağırovun rəhbərliyi altında yarışa qatılacaqlar.

Turnirdə 10 ölkədən 459 idmançı qüvvəsini sınayacaq.