Cüdo

Azərbaycan cüdoçularından ilk gündə 3 medal

Portuqaliyanın Odivelas şəhərində keçirilən Qran-pridə ilk yarış günü başa çatıb.

Aut.az xəbər verir ki, ilk gündə Azərbaycanın 3 cüdoçusu fəxri kürsüyə çıxmağı bacarıb.

Turan Bayramov (60 kq) yarımfinalda məğlub olsa da, turniri bürünc medalla tamamlayıb. Bundan başqa, Yaşar Nəcəfov (66 kq) finalda Beynəlxalq Cüdo Federasiyası bayrağı altında çıxış edən Yaqo Abuladzeyə uduzub və gümüş medal qazanıb.

Kamram Süleymanov (66 kq) isə monqolustanlı Basxu Yondonperenleyi məğlub edərək, üçüncü olub.

İlk gündə Azərbaycanın 9 cüdoçusu mübarizəyə qoşulub