Dünya futbolu

Böyümək istəyirsə, “Real”a keçməlidir – Məşhur fransız

Fransa yığmasının sabiq futbolçusu Robert Pires hesab edir ki, Kilian Mbappe “Real”a keçməlidir.

“Nəhayət o, “Real”da oynayacaq. İnkişaf etmək istəyirsə bu addımı atmalıdır.

Mən fransalıyam, PSJ-ni və Liqa 1-i sevirəm, amma Mbappe böyümək istəyirsə, Madridə getməlidir ”, – keçmiş yarımmüdafiəçisi deyib.

Mbappenin PSJ ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Aut.az