Dünya futboluİspaniya

İddia: “Real”la oyunlarda həmişə soyğunçuluqla üzləşmişəm

“Yuventus”, “İnter”, “Bavariya” və “Barselona”nın sabiq yarımmüdafiəçisi Arturo Vidal “Real”la matçlarda ədalətsiz hakimlik olduğunu bildirib.

36 yaşlı çilili peşəkar karyerasında 16 dəfə “Real”la qarşılaşıb və iki dəfə qırmızı vərəqə alıb.

Ən böyük mübahisə Vidalın 2017-ci ildə Çempionlar Liqasının 1/4 finalında “Bavariy”anın tərkibində Madridə qarşı oyunda qırmızı vərəqə alması olub.

“Bəzən bu və ya digər mübahisəli məqamın “Real”la  hansı matçda baş verdiyinə belə əmin deyiləm. Karyeram ərzində  “Real”a qarşı oyunlarda o qədər soyğunçuluqla üzləşmişəm ki,  bəzən detalları unuduram. Onlar mənim komandalarımı dəfələrlə qarət ediblər”, – deyə Vidalın sözlərini “Mundo Deportivo” yayıb.

İddia: “Real”la oyunlarda həmişə soyğunçuluqla üzləşmişəm

Aut.az