İngiltərəİspaniya

“Liverpul” Alonsoya görə “Real”la əlaqə saxladı: Səbəb nədir?

“Liverpul” rəhbərliyi Xabi Alonsonun komandanın yeni baş məşqçisi postuna uyğunluğu ilə bağlı tam əmin deyil.

Aut.az xəbər verir ki, bu səbəbdən mersisaydlılar mütəxəssisin “Real”dakı fəaliyyəti barədə məlumat almaq üçün İspaniya klubuna müraciət edib. Bu barədə AS nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, “qırmızılar” mümkün təyinat qərarı üçün bir növ iş dünyasındakı tövsiyə məktubu xarakterli təsdiq almaq istəyib.

Qeyd olunur ki, 2025-ci ilin yayında Trent Aleksander-Arnoldun keçidindən sonra klublar arasında müəyyən gərginlik yaransa da, tərəflər etibarlı münasibətləri qoruyub saxlayır.

Xatırladaq ki, Xabi Alonso ötən yay “Real”ın baş məşqçisi təyin edilmişdi. Lakin “Kral klubu” bu ilin 12 yanvarında ispaniyalı mütəxəssislə əməkdaşlığa son verdiyini açıqlamışdı.

Aut.az