İspaniya

“Real” Vinisiusun bu tələbindən təəccüblənib

“Real” Vinisius Juniorun ən yaxşı futbolunu göstərmədiyi bir mövsümdən sonra Kilian Mbappe səviyyəsinə qədər maaş artımı tələbindən təəccüblənir.

Aut.az xəbər verir ki, bu barədə “Cadena Ser” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “kral klubu” Vinisiusun maaşını Mbappe səviyyəsinə qədər artırmaq niyyətində deyil və ona ən yaxşı formasına qayıtması üçün qarşıdakı mövsüm vaxt verəcək, bundan sonra tərəflər maaş məsələsini müzakirəyə qayıda bilər.

“Real” və Vinisiusun 2025/2026 mövsümündən sonra əmək müqaviləsinin uzadılması ilə bağlı razılıq əldə etməsələr, o zaman klubun hücumçunu satmaq niyyətində olacağı vurğulanır.

Futbolçunun əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Aut.az