Qalmaqal bitdi: Londona getməsinə icazə verildi
“Arsenal” və “Sportinq” Viktor Qyökeresin transferi ilə bağlı tam razılığa gəliblər.
Aut.az xəbər verir ki, Portuqaliya klubu hücumçunun Londona getməsinə icazə verib.
Forvardın iyulun 26-da, şənbə günü “Arsenal”la müqavilə imzalamadan əvvəl tibbi müayinədən keçəcəyi gözlənilir.
Viktor Qyökeres İngiltərə klubunda 14 nömrəli formanı geyinəcək, eyni nömrəli formanı “topçular”ın əfsanəsi Tyerri Anri də geyinib.
“Arsenal” futbolçunun transferi üçün 63,5 milyon avro və 10 milyon bonus ödəyəcək.
Aut.az
