David Vilyaya “Atletiko”da yüksək vəzifə verildi
“Atletiko”nun sabiq futbolçusu David Villa Madrid təmsilçisinin direktorlar şurasına daxil edilib.
Aut.az xəbər veirr ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, “Atletiko”nun əsas idarəetmə orqanının 11 nəfərdən ibarət yeni tərkibi formalaşdırılıb.
Yeni strukturda Enrike Çereso klub prezidenti vəzifəsini qoruyub saxlayıb, Migel Anxel Gil Marin isə baş icraçı direktor kimi fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, ispan hücumçu La Liqanın 2013/14 mövsümündə “Atletiko”nun heyətində çıxış edib və həmin mövsüm Madrid klubu ilə İspaniya çempionu olub.
Aut.az
