Yeni müqavilə imzalandı: 1 milyard
“Real” yarımmüdafiəçisi Eduardo Kamavinqa ilə müqaviləni uzadıb.
Aut.az xəbər verir ki, 20 yaşlı futbolçunun 2025-ci ildə başa çatacaq sözləşməsinin müddəti 2029-cu ilə qədər uzadılıb. Futbolçunun təzminat məbləği 1 milyard avro olaraq təyin edilib.
Transfermarkt portalı Kamavinqanın dəyərini 90 milyon avro olaraq qiymətləndirir.
Eduardo Kamavinqa 2021-ci ilin yay transfer pəncərəsinin sonunda Madrid komandasına qoşulub. O vaxtdan bəri o,”Real”ın heyətində 114 oyun keçirib, 2 qol və 5 məhsuldar ötürmə edib.
