Ərəblər 75 milyonluq futbolçunu hədəfə aldı
“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes qış transfer pəncərəsi üçün Səudiyyə Ərəbistanı klublarının hədəfinə çevrilib
Aut.az xəbər verir ki, bu barədə jurnalist Ruli Qaletti məlumat yayıb.
Bildirilir ki, sözügedən ölkə komandalarının nümayəndələri 29 yaşlı futbolçu ilə əlaqə saxlamağı və onu öz liqalarına cəlb etmək şansının olub-olmadığını yoxlamağı planlaşdırır.
Transfermarkt portalı “qırmızı şeytanlar”ın kapitanının dəyərini 75 milyon avro qiymətləndirir.
Bu mövsüm Bruno Fernandes “Mançester Yunayted”in heyətində 15 oyun keçirib, 3 qol vurub, 3 məhsuldar ötürmə edib.
