İngiltərə

“Arsenal” çempion olsa, “Old Trafford”a gedəcək və qışqıracaq: “SIIIIUUUUUUU!!!”

Pirs Morqan, “Arsenal” Premyer Liqanın qalibi olacağı təqdirdə “Old Trafford” gedəcəyini bildirib.

Aut.az xəbər verir ki, o, bu qərarını belə izah edib:

“Əgər “Arsenal” Premyer Liqanın qalibi olsa, onda mən birbaşa “Old Trafford”a gedəcəm və orada yüksək səslə  “SIIIIUUUUUUU!!!” qışqıracam”.

O, bu fikrə londonluların çempion olacağına şübhə edən azarkeşin sualından sonra gəlib. Qeyd edək ki,  Morqan “Arsenal” azarkeşidir.

“SIIIIUUUUUUU!!!” hayqırtısı isə Kriştiano Ronaldonun ənənəvi qol sevincidir.

Xatırladaq ki, Ronaldo DÇ-2022-dən əvvəl Morqana qalmaqallı müsahibə verib və bundan sonra “Mançester Yunayted” futbolçu ilə müqaviləni pozub.

Aut.az