İngiltərə

“Çelsi” “Arsenal”ın futbolçusunu istəyir: Bir dəfə uğursuz olublar

“Arsenal”ın müdafiəçisi Rikardo Kalafiorinin yayda “Çelsi”yə transfer oluna bilər.

Aut.az xəbər verir ki, “CaughtOffside” portalının məlumatına görə, “mavilər” italiyalını heyətinə qatmaq niyyətindədir.

23 yaşlı futbolçu daha çox oyun vaxtı qazanmaq istədiyi üçün transfer imkanını nəzərdən keçirməyə hazırdır.

Qeyd edək ki, “Çelsi” Kalafiorini hələ onun “Arsenal”a keçməsindən əvvəl transfer etmək istəyib, lakin həmin vaxt razılaşma baş tutmayıb.

Rikardo Kalafiori 2024-cü ildə “Boloniya”dan “Arsenal”a 43 milyon avro qarşılığında transfer olunub. Onun “topçular”la müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.

Cari mövsümdə italiyalı futbolçu bütün turnirlər üzrə 27 oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun dəyərini 50 milyon avro qiymətləndirir.

Aut.az