Şəkərsiz çay, lütfən: Əfsanə ilə onun arasında mübahisə
“Mançester Yunayted”in keçmiş futbolçusu Pol Skoulz komandanın müdafiəçisi Lisandro Martineslə şifahi mübahisəsini davam etdirib.
Aut.az xəöbər verir ki, Skoulz sosial şəbəkədəki səhifəsində yazıb: “Kimsə derbidə yaxşı oynadı, sənin üçün çox sevindim. Şəkərsiz çay, lütfən, Lisandro Martine”.
Daha əvvəl Skoulzun argentinalını boyunu (175 sm) ələ salmış və İngiltərə Premyer Liqasının 22-ci turu çərçivəsində “Mançester Siti”nin hücumçusu Erlinq Haalandın onu hava duelində asanlıqla məğlub edəcəyi fikrini bildirmişdi.
Oyun “Mançester Yunayted”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Martines də öz növbəsində sabiq yarımmüdafiəçini evinə gəlməyə və şəxsən öz mövqeyini bildirməyə dəvət edib.
Aut.az
