Azarkeşlər bəyanat yaydı: Biletlər qalxacaq, borc yükü artacaq?
“Mançester Yunayted” azarkeşləri yeni stadionun tikintisi ilə bağlı şübhələrini bildiriblər.
Aut.az xəbər verir ki, “Mançester Yunayted” azarkeşlər assosiasiyası MUST məsələ ilə bağlı açıqlama yayıb.
“İnvestisiyaya çox ehtiyac duyulsa və alqışlansa da, azarkeşlər bunun nə demək olduğu və təsirinin nə olacağı ilə bağlı narahatdırlar.
Bilet qiymətləri qaldırılacaqmı? Stadionda azarkeşlər üçün hər zaman prioritet olan atmosfer bundan əziyyət çəkəcəkmi? Bu, son iki onillikdə yığılan borc yükünü artıracaqmı? Bu, ən çox ehtiyac duyulduğu bir vaxtda komandaya investisiyaların azalmasına səbəb olacaqmı?
Bu vacib məsələləri klubla müzakirə etmək üçün azarkeşlərlə növbəti məsləhətləşmələri səbirsizliklə gözləyirik. Əgər onlar atmosferi zədələmədən, bilet qiymətlərini yüksəltmədən və ya başqa yerə investisiyaları azaltmadan, təsiredici yeni bir stadion tikə bilsələr, bu, çox həyəcanlı ola bilər”, – bəyanatda deyilir.
Qeyd edək ki, “Yunayted” rəhbərliyi 100 min yerlik yeni stadionun tikintisi ilə bağlı planı açıqlayıb.
Aut.az
