15 yaşlı istedad İngiltərə nəhənglərinin “radarına düşdü”
“Lester”in cinah oyunçusu, müxtəlif gənclər komandalarında çıxış edən Ceremi Monqa “Mançester Siti” və “Çelsi”nin diqqətini çəkib.
Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Mənbənin sözlərinə görə, 15 yaşlı futbolçu ilə sözügedən İngiltərə nəhəngləri fəal şəkildə maraqlanır. “Lester” qısa müddətdə Ceremini klubda saxlamaq istəyir. Lakin bu, çətin olacaq.
Bu mövsüm Ceremi Monqa klub səviyyəsində bütün turnirlərdə 14 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
Aut.az
