Ronaldonun komandası 80 milyona hücumçu alır?
Səudiyyə Ərəbistan təmsilçisi “Əl-Nəsr” “Aston Villa”nın hücumçusu Con Duranı transfer etmək istəyir.
Aut.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Ər-Riyad klubu forvard üçün 80 milyon avro təklif etməyə hazırdır. Komandada əfsanəvi hücumçu Kriştiano Ronaldo çıxış etdiyi üçün Duran bu transferə razılaşa bilər.
“Transfermarkt” 21 yaşlı forvardın transfer dəyərini 40 milyon avro qiymətləndirir. Kanadalı futbolçunun
İngiltərə klubu ilə müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub.
Bu mövsüm Duran “Aston Villa” forması ilə bütün yarışlarda 28 oyun keçirib və 12 qol vurub.
Aut.az

