İngiltərə

İtini Nevill və həyat yoldaşının üstünə qısqırtdı

İngiltərə millisinin keçmiş müdafiəçisi Qari Nevil həyat yoldaşı ilə gəzintiyə çıxarkən itin hücumuna məruz qalıb.

Aut.az xəbər verir ki, yoldan keçən aqressiv şəxs itini onların üzərinə buraxıb.

Bu, həm Nevill, həm də həyat yoldaşında ciddi qorxuya səbəb olub. Zərərçəkənlərin daha sonra yayımladığı videoya görə, yoldan keçən bir şəxs Qari Nevilli tanıyıb və onu təhqir etməyə başlayıb. Görünür, o, Nevillin çıxışlarını bəyənmir.

Onlar Roy Kinlə birlikdə izlədikləri konsertdən qayıdırmışlar.  “Başımıza ilk dəfədir ki, belə bir şey gəlir. Öümü başa düşdüm, bəs həyat yoldaşım…”, – Nevill deyib.

Xatırladaq ki, Qari Nevill bütün karyerasını 1992-ci ildən 2011-ci ilə qədər “Mançester Yunayted”də keçirib.

Aut.az