İngiltərə

“Yunayted”in keçmiş müdafiəçisi: O, qapıçı deyil

Pol Parker “Mançester Yunayted”i Andre Onana üçün əvəzləyici tapmağa çağırıb.

“Mançester Yunayted” İngiltərə Liqa Kubokunun 2-ci raundunda “Qrimsbi Taun”a məğlub olub (2:2, 11:12 pen.). Əsas vaxtda Onana əvvəlcə yaxın küncə zərbəni qaçırıb, sonra isə asmanın qarşısını alarkən səhvə yol verib.

Aut.az xəbər verir ki, “Mançester Yunayted”in keçmiş müdafiəçisi İngilətərə mətbuatına danışıb:

“Meydanda ən azı bir “Mançester Yunayted” oyunçusu var idi ki, onun həftəlik maaşı bütün “Qrimsbi” heyətinin maaşına bərabər idi. Onların bütün heyətinin həftədə 200 min funt-sterlinq qazandığını düşünmürəm. Bizdə həftədə 200 min funt-sterlinqdən çox maaş alan oyunçular var.

Xaosdur! Çölə çıxanda insanların ilk soruşduğu “qapıcının nə işi var?” olur. Problem ondadır ki, o, qapıçı deyil. O, qapıçı deyil, hamısı budur! “Mançester Yunayted”in qapıçıya ehtiyacı olduğu aydındır. Onun dünyanın ən yaxşı ötürməçisi olub-olmaması məni maraqlandırmır. Onun topu ötürə bilməsi məni maraqlandırmır, sadəcə onun zərbəni yaxşı dayandırdığını bilmək istəyirəm.

Bilmirəm, Tom Hiton sentimental səbəblərə görə oradadır, yoxsa işini görmək üçün oradadır. Hiton olsaydım, deyərdim: “Mən o ikisindən ( Onana və Bayındır) daha yaxşıyam!” Çünki o, meydanda olsaydı, hər şeyi qaydaya uyğun edərdi. Siz isə ona baxıb düşünərdiniz: “Allahım, o, qapıçıdır!”

Aut.az