Dünya futboluİngiltərə

Barmağı niyə sarıqlıdır, kiminlə dalaşıb? – FOTO

“Tottenhem”in və Cənubi Koreya millisinin yarımmüdafiəçisi Son Hın-Minin sağ əlinin orta barmağını son matçlarda xüsusi şəkildə bağladığı müşahidə edilir.

Aut.az “The Sun”a istinadən xəbər verir ki, Asiya Kubokunun yarımfinal mərhələsinin İordaniya ilə oyunundan (0:2) əvvəl futbolçunun barmağı çıxıb.

Cənubi koreyalı gənc oyunçular stolüstü tennis oynamaq üçün axşam yeməyini tez tərk etmək istəyiblər. Bu, kapitan olan Sonun xoşuna gəlməyib. O, PSJ-nin yarımmüdafiəçisi Li Kanq-Unlə mübahisə edib. Görünür, şifahi mübahisə ciddi münaqişəyə çevrilib və nəticədə Son barmağını zədələyib.

Barmağı niyə sarıqlıdır, kiminlə dalaşıb? - FOTO