İngiltərə

“Fənər”li Acun bu klubu sabiq “Qalatasaray”lıya tapşırır?

“Qalatasaray”ın və “Liverpul”un sabiq futbolçusu Albert Riera “Hall Siti”nin yeni baş məşqçisi ola bilər.

Aut.az xəbər verir ki, ispaniyalı mütəxəssis Acun Ilıcalının sahibi olduğu İngiltərə təmsilçisinin “sükanı arxasına” keçmək üçün əsas namizədlərdən biridir. Bu barədə “TalkSPORT” nəşri məlumat yayıb.

Acun digər variantlar kimi Maykl Bili və Əmrə Belezoğlunu da nəzərdən keçirir. Bil daha əvvəl “Reyncers” və “Sanderlend”də çalışıb, Belezoğlu isə Türkiyə millisinin sabiq futbolçusudur.

Cari mövsüm başa çatanadək komandaya “Neftçi” və “Qarabağ”ın sabiq məşqçisi Ruben Selles rəhbərlik edib. “Hall Siti” mövsümü İngiltərə Çempionşipində 49 xalla 21-ci pillədə başa vurub.

Riera hazırda Sloveniya çempionatında çıxış edən “Tseyle” klubuna başçılıq edir. Komanda 2024/2025 mövsümünü turnir cədvəlində dördüncü pillədə tamamlayıb və ölkə kubokun qalibi olub.

Qeyd edək ki, Acun Ilıcal “Qalatarasaray”ın əzəli rəqibi olan “Fənərbağça”nın idarə heyətinin üzvüdür.

Aut.az