Prezident xəbərdarlıq etdi: “Siti” cəzalandırılmasa, yaxşı olmayacaq
İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Mançester Siti”ni maliyyə pozuntularına görə cəzalandırmalı olduğunu deyib.
Aut.az xəbər verir ki, o, əks halda Premyer Liqanın nüfuz itirəcəyini bildirib:
“Premyer Liqa təzyiqə boyun əyməməlidir. “Mançester Siti” sadəcə bir klubdur və bir assosiasiyaya rəhbərlik edirsənsə, hərəkətə keçməlisən.
Premyer Liqa böyük-kiçik, “vacib” və “əhəmiyyətsiz” klublar arasında fərq qoymamalıdır. “Mançester Siti” pozuntulara yol vermiş üzvdür və layiq olduğu cəzanı almalıdır. Əks halda liqa öz nüfuzunu itirəcək.
Premyer Liqanın bir çox klubları ilə danışmışam və onların əksəriyyəti hesab edir ki, “Mançester Siti” cəzalandırılmalıdır”.
“Siti” 2009/10 və 2017/18 mövsümləri arasında 115 maliyyə qaydalarını pozmaqda ittiham olunur. Bu iş üzrə dinləmələr sentyabrın 16-da başlayıb.
Aut.az
