“Mançester Yunayted” onun gələcəyi ilə bağlı qərar verdi
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə komandasında fəaliyyətini davam etdirəcək.
Aut.az xəbər verir ki, bu barədə Jurnalist Stiv Beyts məlumat yayıb. Klub hollandiyalı mütəxəssislə ayrılmağı planlaşdırmır. Qeyd olunur ki, məşqçinin istefası məsələsi yalnız komandanın cari mövsümün sonunda uğursuzluğa düçar olacağı halda aktual olacaq.
Ten Haq 2022-ci ilin yayında “Ayaks”ı tərk edərək “Mançester Yunayted”in baş məşqçisi olub. Ümumilikdə 53 yaşlı mütəxəssis bütün turnirlərdə 95 oyun keçirib. Bunlardan 58-də qalib gəlib, 11-də heç-heçə edib və 26-da məğlub olub.
