Onun ruhu bu gözəlin əlindədir: Üçüncü dəfə… – FOTO
“Mançester Yunayted”din Markus Reşfordundan əsər-əlamət qalmayıb.
O, ötən mövsümkü formasına qayıda bilmir. Bu mövsüm onun “qırmızı şeytanlar”ın heyətindı keçirdiyi 21 matçda cəmi 2 qolu var.
Bu yaxınlarda İngiltərə mətbuatı Markusun sevgilisi Lusia Loy ilə yenidən bir araya gəldiyi barədə məlumat yayıb. Həmkarlarımıza inansaq, onlar rəsmi olaraq üçüncü dəfə münasibətə başlayırlar. Onların münasibətləri Reşfordun karyerasına açıq şəkildə təsir edir.

Statistikada sübut edir ki, İngiltərə millisinin üzvünün karyerası şəxsi həyatından asılıdır.
2019: Cütlük münasibətə başlayır
2019/20 mövsümü: 31 qol/assist
2020/21 mövsümü: 34 qol/assist
2021: Markus Lusia ilə ayrılır
2021/22 mövsümü: 7 qol/assist
2022: Yenidən bir araya gəlirlər
2022/23 mövsümü: 39 qol/assist
2023: Bu yay ayrılırlar
2023/24 mövsümü: 4 qol/assist
2023-cü ilin sonu: Cütlük üçüncü macəraya başlayır
Bu dəfə necə olacaq?
