İngiltərə

MY yeni “Tottenhem”dir: onlara qarşı oynamaq asandır

Roy Kin “Mançester Yunayted”in “Tottenhem”ə məğlub olduğu qarşılaşmadan (0:2) sonra fikirlərini bildirib.

Aut.az xəbər verir ki, MY-nin sabiq futbolçusu komandanın oyununu tənqid edib.

“Mançester Yunayted” yeni “Tottenhem”dir. Ümidsizlik, mütləq ümidsizlik.

Həmişə düşünmüşəm ki, ən böyük təhqir səfərdə oynaya bilməməkdir.

Bu, yaxşı komandadır, azarkeşləri qarşısında oynamağı sevirlər, onlardan dəstək və enerji alırlar. Bu gün isə “Mançester Yunayted” səfərə getdi.

İkinci hissədə zəif oynadı, meydanda lider yox idi, axmaq qollar buraxıldı. “Tottenhem” isə əla oynadı, qələbə onların haqı idi.

“Mançester Yunayted”ə qarşı oynamaq asandır. Matçdan əvvəl komandanın “qurdlar”a qarşı zəif oynadığını, amma qalib gəldiyini və bu gün daha da güclü olacağını demişdim. Amma olmadı. MY ilk yarım saat ərzində yaxşı idi, lakin matç 90 dəqiqə davam edir”, –  “Yunayted”in keçmiş yarımmüdafiəçisi “Sky Sports”a deyib.

Aut.az