İngiltərə

Qışda niyə hücumçu almadılar?

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim qış transfer pəncərəsində klubun transfer siyasətindən danışıb.

Aut.az xəbər verir ki, Amorimin sözlərini “Mirror” sitat gətirib.

“Biz transferlərə çox diqqətliyik, çünki keçmişdə bəzi səhvlərimiz olub. Bu mənim qərarımdır, ona görə də biz müəyyən risklər alırıq, amma bu, bizim yolumuzdur. Mənim nə etmək istədiyim barədə dəqiq təsəvvürüm var və bu riskləri götürürəm, çünki bu, sonda öz bəhrəsini verəcək”, – Amorim bildirib.

Xatırladaq ki, qış transfer pəncərəsinin sonunda forvard Markus Reşford mövsümün sonuna qədər satınalma opsiyası ilə icarə əsasında “Aston Villa”ya keçib. Bundan əlavə, braziliyalı vinger Antoni yanvarda “Betis”ə icarəyə verilib.

Keçirilən 24 oyundan sonra “Mançester Yunayted” 29 xalla Premyer Liqanın turnir cədvəlində 13-cü yerdədir.

Aut.az