Kloppun bu jesti tənqid olundu: Uşaq sevindirirsən?
“Liverpul “un baş məşqçisi Yurgen Kloppun xərçəng xəstəliyinə tutulduğunu açıqlayan dünya şöhrətli baş məşqçi Sven-Yoran Eriksson haqqında “İstəsə, kabinetimdəki kreslomda oturub bir gün işimlə məşğul ola bilər” ifadələrini işlətdiyi haqda məlumat vermişdik.
Aut.az xəbər verir ki, Kloppun bu ifadəsi tənqidlərə səbəb olub.
Bir vaxtlar İngiltərə millisini çalışdırmış isveçli baş məşqçi Eriksson xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb. “Qırmızılar”ın baş məşqçisi Yurgen Kloppun “Liverpul” azarkeşi olan 75 yaşlı çalışdırıcıya təklifi reaksiyaya səbəb olub.
Yurgen Klopp Erikssonla bağlı çıxışında, “Mən indicə öyrəndim ki, o, bütün həyatı boyu “Liverpul”un amansız azarkeşi olub. İstəsə, kabinetimdəki kreslomda oturub bir gün işimi görə bilər. Bu problem deyil. O, burada çox gözəl vaxt keçirəcək” deyib.
Bu sözlərdən sonra Klopp futbolsevərlərin tənqid hədəfinə çevrilib. Futbolsevərlər alman məşqçiyə “Sən dilənçiyə sədəqə verirsən?”, “Uşağı xoşbəxt edirsən?” kimi suallar ünvanlayıblar.
Aut.az
