İngiltərə

“Siti”nin ulduzu Şaxta Baba oldu, şəhərdə qapı-qapı gəzdi – FOTO  

“Mançester Siti”nin hücumçusu Erlinq Haland Mançesterdə qapı-qapı gəzərək klubun gənc azarkeşlərinə Şaxta Baba geyimində xoş bayramlar arzulayıb.

Aut.az xəbər verir ki, hücumçu anonim qalmağa çalışsa da, əksəriyyət Premyer Liqanın ən çox qol vuran oyunçusunun ağ saqqalının arxasındakı təbəssümü görüb.

Futbolçu “X” sosial media səhifəsində Şaxta Baba geyimində şəklini “Biz burada Milad sevinci yaymaq üçünük” başlığı ilə paylaşıb.

Bu mövsüm Haaland klubun heyətində 17 Premyer Liqa oyununda iştirak edib, 19 qol vurub və 4 məhsuldar ötürmə edib. Hücumçu həmçinin ümumilikdə Çempionlar Liqasında altı oyunda meydana çıxıb və altı qol vurub.

Aut.az

“Siti”nin ulduzu Şaxta Baba oldu, şəhərdə qapı-qapı gəzdi – FOTO