Fabreqas açıqladı: Alonsonun işindəki əsas çətinlik budur
“Komо”nun baş məşqçisi Sesk Fabreqas İspaniya yığmasındakı keçmiş komanda yoldaşı Xabi Alonso barədə danışıb.
Aut.az xəbər verir ki, o, “Real”ı çalışdıran Xabinin işindəki əsas çətinliyi izah edib:
“Real”ın bütün oyunçuları çox keyfiyyətlidir. Onların hər biri oynamağa layiqdir və hər biri hesab edir ki, məhz o oynamalıdır. Hər biri meydanda fərq yaratmalıdır və hər biri təxminən 50 milyon avro dəyərindədir. Onların hamısı milli komandalarında çıxış edir. Bütün bunlarla başa çıxmaq, şübhəsiz, ən çətin vəzifədir”.
Alonsonun “Real”ın baş məşqçisi kimi debüt mövsümündə onun istefası ilə bağlı dəfələrlə söz-söhbətlər yayılıb. 18 turdan sonra La Liqa cədvəlində “Real” ikinci pillədədir və lider “Barselona”dan 4 xal geri qalır.
Aut.az
