İngiltərəSeçmə

Əfsanəvi stadionu görün nəyə çeviriblər – FOTOLAR

Bir vaxtlar “Arsenal”ın ev oyunlarını keçirdiyi “Hayberi” stadionun hazırkı görünüşü hər kəsi təəccübləndirir.

“Topçular”ın sonuncu çempionluğunu qeyd etdiyi arena 2006-cı ildən fəaliyyətini dayandırıb. Buna səbəb London təmsilçisinin yeni stadiona – “Emireyts Arena”ya köçməsi olub.

Əfsanəvi stadionu görün nəyə çeviriblər - FOTOLAR

Stadionun yaşayış kompleksinə çevrilməsiylə bağlı layihə elə “Asenal”a məxsusdur. Arena və yerləşdiyi torpaq sahəsi klubun mülkiyyətindədir. London təmsilçisi iki binadan ibarət yaşayış kompleksinin tikintisinə 130 milyon funt-sterlinq xərcləyib.

Əfsanəvi stadionu görün nəyə çeviriblər - FOTOLAR

Maraqlı məqam odur ki, “Hayberi” dəbdəbəli yaşayış kompleksinə çevrilmək üzrə olsa da, tiktinti işləri zamanı stadion sökülməyib. Hətta tarixi arenanın arxirekturasında dəyişiklik edilməyib.

Əfsanəvi stadionu görün nəyə çeviriblər - FOTOLAR

Fotolardan gördüyünüz kimi, stadionun şərq və qərb tribunaları, demək olar ki, toxunulmaz qalıb. “Arsenal”ın məbədinin konturları saxlanaraq adı Hayberi meydanı olaraq dəyişdirilib.

Hazırda hər birinin qiyməti 400.000 ilə 1,5 milyon funt sterlinq arasında olan 650 mənzildən ibarət yaşayış kompleksinin tikintisi davam edir. Bu deməkdir ki, “Hayberi”dəki mənzillərin ümumi dəyəri 500 milyon funt-sterlinqdən çox olacaq.

Aut.az

Əfsanəvi stadionu görün nəyə çeviriblər - FOTOLAR