İngiltərə

“Siti” İngiltərədə bunu bacaran ilk komanda oldu

“Mançester Siti” İngiltərə kubokunun 1/4 finalında “Nyukasl”ı 2:0 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, “şəhəlilər” turnir tarixində ardıcıl altı mövsümdə yarımfinala yüksələn ilk komanda olub. Pep Qvardiolanın rəhbərliyi altında “Mançester Siti” 8 mövsümdən 7-də İngiltərə kubokunda bu mərhələyə yüksəlib.

“Siti” eyni zamanda bütün yarışlarda öz meydanında qol vurma seriyasını 57 matça çatdırıb.